Dünya futbolu

Millinin baş məşqçisi: “Hakimiyyət bizdən uduzmağımızı tələb etdi”

Əlcəzair millisinin sabiq baş məşqçisi Raban Saadan maraqlı açıqlama edib. O, 2010-cu ildə Afrika Millətlər Kubokunda Misirə qarşı keçirdikəri oyunda Əlcəzair hakimiyyətinin onlardan uduzmasını tələb etdiyini bildirib:

“Həmin qarşılaşmadan əvvəl biz Dünya çempionatının seçmə mərhələsində Misiri iki sıfır hesabı ilə məğlub etmişdik. Ancaq bu oyunda Əlcəzair hakimiyyəti bizdən Misirə uduzmağımızı tələb etdi. Mən bunu qəbul etməsəm də, futbolçular razılaşdılar. Biz həmin matçda 4:0 hesabı ilə məğlub olduq. Mən oyunun ilk dəqiqələrindən futbolçuların həmin tapşırıqla razılaşdıqlarını hiss etmişdim”.

Qeyd edək ki, həmin il Misir komandası finalda Qananı məğlub edərək Afrika Millətlər Kubokunun sahibi olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43