Milli komanda

Millinin baş məşqçisi: “Komandada artım hiss olunur”

“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Bu görüşdə fiziki baxımdan çox güc sərf etdik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Antalya toplanışı çərçivəsində keçirilən yoxlama matçında sonra AFFA-nın saytına açıqlamasında deyib.

O, Norveçin “Tromse” klubunun U-19 komandası ilə 2:2 hesablı bərabərliklə başa çatan matçı şərh edərkən futbolçularından razı qaldığını bildirib:

Oyun zamanı bəzi gedişlər oldu ki, yaxşı alındı. Taktiki planda müəyyən işlərimiz qalıb, bundan sonra onlara daha çox vaxt ayıracağıq. Fikrimcə, toplanışın ümumi gedişatı komandanın xeyrinədir. Futbolçuların ümumi hazırlığında artım hiss olunur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43