Dünya futbolu

Millinin futbolçusu balıqçı oldu

Estoniya yığmasının üzvü Rayo Piyroya futbolçu karyerasına son qoyub.

Oktyabrın 11-də Türkiyə millisi ilə oyunda zədələnən futbolçu belə qərar verməyə məcbur olub. Futbolçu yerli mətbuata açıqlama verərək artıq balıqçılıqla məşğul olduğunu bildirib:

“İndi mən peşəkar balıqçıyam. Bu işə hələ bir neçə il öncə hazırlaşmışam. Hər şey plan üzrə getsə, gələn il balıq dükanı açacağam” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43