Dünya futbolu

Millinin futbolçusu Fransa klubunda

“Uotford”un və Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone “Marsel”in futbolçusu olub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti xəbər verir. 22 yaşlı kanadalının müqaviləsinin müddəti açıqlanmayıb.

Daha əvvəl mətbuat bu transferin fransızlara bonuslarla birlikdə 17,5 milyon avroya başa gəldiyini yazmışdı.

Kone 2023-cü ilin əvvəlindən “Uotford”da çıxış edir. 2023/24 mövsümündə İngiltərə çempionatında 42 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

O, həmçinin Kanada millisində 21 oyuna çıxıb, iki qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43