Ölkə futbolu

Millinin heyətində dəyişiklik

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”dan dəvət edilən Musa Qurbanlı və Tuhid Abdullazadə zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində Kamal Kazımov (“Qəbələ”) toplanışa dəvət olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43