Kateqoriyasız

Millinin iki legioneri gəldi, ikisi yoldadı

Martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Ölkə xaricində çıxış edən futzalçılardan Eduardo Borges və Bolinha artıq komandanın düşərgəsindədi.

Onlar artıq məşqlərdə iştirak edirlər. Qalo və Rafael Vilela milliyə sabah qoşulacaqlar.

Dünənki məşqdə qapıçı Emin Kürdov zədələnib. Onun Moldova ilə oyunda komandaya kömək edib-etməyəcəyi tibbi müayinədən sonra müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan – Xorvatiya: biletlər satışda

admin

Cüdoçularımızdan uğursuz start

admin

“Sumqayıt”ın futbolçusundan şok paylaşım – FOTO

admin