05 Oktyabr 2024
Dünya futbolu

Millinin məşqçisi hakimlərin otağına girib onları təhqir etdi

Almaniya millisinin məşqçisi Sandro Vaqner Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş hakim Entoni Teyloru təhqir edib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb matçın 106-cı dəqiqəsində Camal Musialanın zərbəsi zamanı top cərimə meydançasında ispanların müdafiəçisi Mark Kukurelyanın əlinə dəyməsi olub.

Lakin referi həmin epizodda penalti təyin etməyib. Bu səbəbdən mütəxəssis hakimlərin otağına daxil olaraq, ingiltərəli tanınmış referinin ünvanına təhqiredici ifadələr səsləndirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43