20 Sentyabr 2024
Ölkə futbolu

Millinin oyunu Lənkəranda keçiriləcək? – Sərxan Hacıyev açıqladı

UEFA Millətlər Liqasında Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi rəqibini Bakıdan kənarda qəbul edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb noyabrda Bakıda COP-29 tədbirinin keçirilməsidi. 

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, həmin vaxtda Azərbaycan paytaxtında BMT-nin mühüm tədbirinin təşkili ilə əlaqədar həmin görüşün məkanının dəyişdirilməsi ehtimalı yüksəkdir. 

Hacıyevin sözlərinə görə, bu məsələni Estoniya Futbol Federasiyasının rəhbətliyi ilə də müzakirə ediblər: “Daxildə də müzakirələr gedir. Hazırda konkret qərar yoxdur. UEFA ilə də danışıqlar gedir. COP-29 irimiqyaslı tədbirdir. Oyunu Bakıda keçirmək real görünmür”.

Hacıyev alternativ variantlar barədə də danışıb:

“Hazırda müxtəlif yöndə danışıqlar gedir. Ola bilər ki, matç Azərbaycanın digər şəhərində keçirilsin. Xüsusi icazə ilə Bakıda və ya yaxın ərazilərdən birində keçirilmək də müzakirə olunur. Hələ ki, danışıqlar davam edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43