Ölkə futbolu

Millinin qapıçısı “Qarabağ”da – RƏSMİ

2016/2017-ci illər mövsümü üçün “Qarabağ” növbəti transferini reallaşdırıb. 

İdmanxeber.com-un klub saytına istinadən verdiyi məlumata görə, ağdamlılar heyətini qapıçı ilə gücləndirib. 

“Atlılar” serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın “Partizan” klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından “Partizan”da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına “Beoqrad” klubunda başlayanda yeni transferimiz “Makkabi” (Hayfa, İsrail), “Ergetolis” kimi komandalarda da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran”da “iməclik” davam edir

admin

“İnter”in qış planı məlum oldu

admin

“Neftçi” yenə qələbə qazana bilmədi

admin