Dünya futbolu

Millinin rəqibində baş məşqçi dəyişikliyi?

Zlatko Daliç Xorvatiya millisinin baş məşqçisi postundan ayrıla bilər. Bu barədə adıçəkilən ölkənin mətbuatı yazıb.

Bildirilir ki, yığmanı DÇ-2018-də finala qədər aparmaqla diqqət çəkən mütəxəssisin “Bavariya”, “Çelsi” və “Napoli” kimi klublardan ciddi təklifləri var. Onun yayda komandanı tərk etməsi mümkündü. Digər bir məsələ isə Xorvatiya millisinin son oyunlarda dünya çempionatındakı performansı göstərə bilməməsidi. Bunun da Daliçin yığmadan ayrılmasında rol oynayacağı qeyd olunur.

Xorvatiya millisi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Bu komanmdalar arasında Zaqrebdə keçirilən ilk görüşdə xorvatlar 2:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sentyabrın 9-d akeçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43