Kateqoriyasız

Millinin sabiq üzvü intihar etdi

FutbolPressLitva millisinin sabiq futbolçusu Arturas Rimkyaviçyusun meyiti tapılıb.


36 yaşlı sabiq hücumçunun intihar etdiyi bildirilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Latviya, Yunanıstan, Finlandiya və Bruneydə legioner həyatı yaşamış Rimkyaviçyus karyerasını 2016-cı ildə başa vurub. O, Litva millisində 7 oyuna 3 qol vurub. Zədələrə görə karyerasını başa vurmuş keçmiş futbolçu Litva çempionatında 205 matçda 117 dəfə qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43