Dünya futbolu

Millinin sabiq üzvü məşq zamanı öldü

Qabon millisinin sabiq futbolçusu Mois Brou Apanqa vəfat edib.

İdmanxeber.com-un məlumatına görə, məşq zamanı ürəyi dayanan və huşunu itirərək yerə yıxılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Apanqa karyerası ərzində İtaliyada “Peruca” və “Breşiya”, Fransada isə “Brest”də forma geyinib. 35 yaşlı futbolçu cari mövsümdən ölkəsinin “F-105 Liberville” komandasında çıxış edirdi.

O, 2007-2013-cü illər aralığında Qabon millisinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43