Dünya futbolu

Millinin üzvü 8 ay oynaya bilməyəcək

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “canavarlar”ın aparıcı futbolçusu Alessandro Florenzi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Belə ki, sol dizinin ön çarpaz bağları qopduğuna görə 4 aydı oynaya bilməyən futbolçunun yaxın günlərdə məşqlərə başlayacağı gözlənilsə də, bu, baş tutmayacaq. Klubun rəsmi saytında yer alan xəbərə görə, 25 yaşlı futbolçu ötən həftə fərdi məşq edən zaman köhnə zədəsini yenidən bərpa edib. Onun bu zədəyə görə daha 8 ay oynaya bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm “Roma”nın heyətində 13 oyun keçirib və 1 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43