Kateqoriyasız

Millinin xalı artdı, mövqeyi dəyişmədi – FIFA reytinqi

FutbolPressFIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 109-cu sırada qərarlaşıb. Yığmanın xalı 1191-di. Bu, ötən ayla müqayisədə 3 xal artımı deməkdi.

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 8-ci (1625 xal), Uels 23-cü (1522 xal), Slovakiya 29-cu (1493 xal), Macarıstan isə 50-ci yerdə (1430 xal) məskunlaşıb.

Cədvələ 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla 2-ci, Braziliya 1719 xalla 3-cüdü.

Oxşar xəbərlər

“İlk oyunda “Qarabağ”ın zəif yerlərini gördük”

admin

“Qarabağ” bu 5 komandanın biri ilə qarşılaşacaq – Çempionlar Liqasında

admin

“Səbail”in qış hazırlığı – 4 oyun keçiriləcək

admin