Millimizin müdafiəçisi Rahil Məmmədovun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçu Polşanın yüksək liqa təmsilçisi “Radomyak”la anlaşıb. Klub Rahillə 2 illik müqavilə imzalayıb.
“Radomyak” ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.
Bu ilin yanvarında “LKS Lodz”a keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılıb.