Ölkə futbolu

Miloş Adamoviçdən yubiley qolu

Topaz Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran”ı 2 qolla məğlub edən (2:1) “Rəvan” güclülər sırasında keçirdiyi 3-cü mövsümündə 25-ci qələbəsini qazanıb və 100-cü qolunu vurub.

İdmanxeber.com-un PFL-in saytına istinadən verdiyi məlumata görə, ilk qələbəsini 2011-ci il sentyabrın 23-də səfərdə “Turan”ı minimal hesabla məğlub etməklə qazanıb – 1:0.

Miloş Adamoviçin yubiley qələbəsini gətirən qolu komandası üçün 100-cü olub. “Rəvan”ın Premyer Liqadakı ilk qolunu isə 2011-ci il avqustun 6-da “Kəpəz”lə səfər oyununun (2:3) 37-ci dəqiqəsində Con Pelu vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43