Ölkə futbolu

Miloş Radivoyeviç: “Hər şey bizim üçün yaxşı gedirdi”

“Zirə”nin legioneri İdmanxeber.az-a danışıb

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının II turunda “Zirə” ilə “Keşlə” komandaları qarşı-qarşıya gəlib. Ev sahibi komanda oyunda 2-0 hesabı ilə irəli keçsə də, “Keşlə” ikinci hissədə vurduğu qollarla oyundan bir xal qazana bilib-2:2. Oyundan sonra “Zirə”nin futbolçusu Milos Radivoyeviç saytımıza qarşılaşma barəsində açıqlama verib. O, oyunun çox ağır keçdiyini bildirib:

“Çox ağır oyun keçdi. Matça çox yaxşı başladıq. Erkən dəqiqələrdə qol vurmağımız bizim üçün üstünlük idi. Fasiləyə qədər bir qol daha vurduq. Hər şey bizim üçün yaxşı gedirdi. Ancaq ikinci hissədə hər şey fərqli oldu. Heç ağlımıza gəlməzdi ki, oyunda iki qol buraxaraq qələbəni əldən verərik. Biz onların daha çox üstümüzə gələcəyini düşünərək, hesabı artıracağımızı zənn edirdik. Ancaq təssüflər olsun ki, alınmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43