17 Noyabr 2019
Kateqoriyasız

Mirabdulla Abbasov: “Neftçi”də mənə az şans verilirdi”

“Belə nəticə qazanmağı istəməzdik. Təssüflər olsun ki, məğlub olduq. Ancaq yenə də səfərdə əlimizdən gələni edəcəyik”.

Bu sözləri idmanxeber.az-a “Səbail”in hücumçusu Mirabdulla Abbasov “Universitatya” məğlubiyyətinin ardından deyib. M. Abbasov daha sonra belə davam edib:

“Öz oyunumu dəyərləndirməyim doğru olmaz. Bu gün verilən tapşırığı yerinə yetirməyə çalışırdım. Vaxt keçdikcə daha da yaxşı olmağa çalışacam.

“Neftçi”dən ayrılmağımın arxasında fərqli səbəblər axtarılır. Heçnə axtarmasınlar. Mən hələ də “Neftçi”nin oyunçusuyam. Onlarla necə problemim ola bilər? Ordan öz istəyimlə ayrılmışam.”Səbail” in oyun üslubunu özümə daha çox uyğun saydım. Mənim indi elə yaşımdı ki, gərək çox oynayım. Ancaq orada mənə az şans verilirdi.

Azarkeşlərin mənə təpkisini anlayışla qarşılayıram. Ancaq fikrim var ki, onların rəhbəri Sübhan Əliyevlə görüşüb vəziyyəti necə olubsa, elə də izah edim. İnanıram ki, onlar da məni başa düşəcək”.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Azarkeşlərimizi üzgün yola saldığımıza görə təəssüflənirəm” – Qurban Qurbanov

admin

“Qarabağ” rəsmiləri APOEL-in muzeyində – İlk xarici klub oldular

admin