Ölkə futbolu

Mirabdulla Abbasov: “Özümü milliyə hazır sayıram”

Mirabdulla Abbasov “Qarabağ” üzərində qələbədən sonra oyun barəsində açıqlama edib. Komandaya faydalı olmaq üçün çalışdığını deyən gənc futbolçu azarkeşlərə minnətdarlığını bildirib:

“Bu gün çox böyük addım atdıq. Çətin oyun olsa da, qələbə qazana bildik. Artıq növbəti qarşılaşma haqda düşünmək olar. O ki qaldı qol vurmağıma, komanda üçün faydalı olmağa çalışıram. Buna görə növbəti oyunlarda da əlimdən gələni edəcəyəm. Dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm”

23 yaşlı hücumçu milli komandaya çağırlamamağı ilə bağlı da danışıb: “Hər zaman demişəm ki, milli komandamızın baş məşqçisinin fikirlərinə hörmətlə yanaşıram. Dəvət gəlsə, çalışacağam ki, əlimdən gələni edim. Əlbəttə, yığmada oynamaq istəyərəm. Özümü hazır sayıram. Çağırmasalar da, hörmətlə yanaşıram. Yəqin ki, bir bildikləri var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Topaz”da bu gün: “Aşağı liqalar, yuxarı əmsallar”

admin

Arif İsayev Bakıda

admin

Fritz Stuxlik: “Azərbaycanın keçmişdə yaxşı hakimləri olub”

admin