Ölkə futbolu

Mirabdulla Abbasov: “Rəqiblərlə aramızdakı xal fərqini artırmağa çalışacağıq”

Mirabdulla Abbasov “Keşlə” üzərində qələbə sevincini klubun rəsmi saytına bölüşüb. Qələbəyə və bundan pay sahibi olduğuna görə sevincini gizlətməyən futbolçu komanda yoldaşlarına və azarkeşlərə minnətdarlığını bildirib:

“Ağır meydançada vacib qələbə qazandıq. Çox sevinirəm ki, qalib gəldik və bu qələbədə mənim də payım oldu. Belə davam edib, rəqiblərlə aramızdakı xal fərqini artırmağa çalışacağıq. Komanda yoldaşlarım gözəl oyun göstərdilər. Onlara və azarkeşlərimizə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43