Kateqoriyasız

“Neftçi”də son durum: Mirabdulla və Anton komanda ilə birgə çalışdı

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” bu gün iki məşqə çıxıb.

Mirabdulla Abbasov və Anton Krivotsyuk da komanda ilə məşqlərə qoşulub. Səhər məşqi əsasən fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan ibarət olub. Axşam məşqi isə toplu çalışmalarla başlayaraq, ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, bununla da qardaş ölkədəki məşqləri yekunlaşdıran “Neftçi” sabah sonuncu sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da “Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq komandamızın üzvləri yanvarın 25-i Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43