Kateqoriyasız

Mirabdullanın 100-cü oyunu

Azərbaycan Premyer Liqasının 4-cü turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki,  “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.

Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43