Kateqoriyasız

Mirça Rednik: “Xəzər Lənkəran” üçün darıxıram”

“Maraqlı oyun oldu. “Neftçi” bu gün çox yaxşı formadadır. Bundan əvvəl “Xəzər Lənkəran”da işlədiyim üçün “Neftçi”nin oyunçularını tanıyıram.  “Neftçi” sürətli oyunu ilə seçildi. Görünür ki, onlar çempionata yaxşı hazırlaşıblar”.

İdmanxeber.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Petrolul”un baş məşqçisi Mirça Rednik “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

M.Rednik keçmiş klubu “Xəzər Lənkəran” və “Qarabağ” haqda da danışıb:

“Xəzər Lənkəran” üçün darıxıram. Komandanın bugünkü vəziyyəti məni qane etmir. Azərbaycan futbolu inkişaf edir. Ölkənizdə “Qarabağ” kimi yaxşı komanda var”.

M.Rednik onu da qeyd edib ki, gələcəkdə yenidən Azərbaycanda işləyə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43