Ölkə futbolu

Mirçadan Rumıniya açıqlaması

Donetsk “Şaktyor”unun baş məşqçisi Mirça Luçesku maraqlı açıqlamaları ilə diqqət çəkib. Rumıniyalı mütəxəssis heç vaxt ölkəsinin millisini çalışdırmayacağını deyib.

“Mən heç vaxt Rumıniya yığmasını çalışdırmayacam. Bu qərarım Rumıniya Futbol Federasiyasının (RFF) prezidentinin kimliyindən asılı deyil. Bizim çox istedadlı mütəxəssislərimiz var. Dan Petresku, Kosmin Kontra, Flavius Stoykan, oğlum Razvan və başqaları. Düşünürəm ki, biz gənclərə işləməyə şərait yaratmalıyıq”.

Qeyd edək ki, 68 yaşlı mütəxəssis 1981-1986-cı illərdə Rumıniya millisini çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43