05 Oktyabr 2024
İdman

Misirin qol buraxması onun infarkt keçirməsinə səbəb oldu

DÇ-2018-in qrup mərhələsinin üçüncü turunun Səudiyyə Ərəbistanı – Misir oyununun so dəqiqələrində vurulan qol Misirin “Ez-Zemalik” klubunun sabiq futbolçusu Abdurrahim Məhəmmədin dünyasını dəyişməsinə səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, o, ölkəsinin milli komandasının Səudiyyə Ərəbistanına qarşı keçirdiyi matçı şərh edərkən infarkt keçirib. Səudiyyə Ərəbistanın ikinci qolundan sonra həyəcanlanan A.Məhəmməd xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dəqiqədə vurduğu qolla Misirə 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43