Kateqoriyasız

Misli Premyer Liqasında üç ildən sonra azarkeş rekordu qeydə alınıb

Misli Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.

2019/20 mövsümünün IV turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7 min seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də baş tutan Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.

Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün baş tutan son 16 turunda belə göstərici qeydə alınmayıb.

Ümumilikdə isə I turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 azarkeş olub.

Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43