Kateqoriyasız

“Sabah” qələbə qazandı, Sumqayıtda bərabərlik – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında VIII tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasi Şamaxıda keçirilib. “Sabah” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Murad Musayevin başçılıq etdiyi kollektiv son dəqiqələrdə vurduğu qolla 3 xali aktivinə yazdırıb və 2-ci sıraya yüksəlib.

Turun son matçı Sumqayıtda olub. Burada “Sumqayıt” “Kəpəz”i qəbul edib. Matçda hesab açılmayıb.

Azərbaycan Premyer Liqası
VIII tur

2 oktyabr

15:30 “Şamaxı” – “Sabah” 0:1

Qol: Abdulaye Ba, 90+1
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

18:00 “Sumqayıt” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43