Kateqoriyasız

Mitroviç Azərbaycanla oyundan nə danışdı?

Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç DÇ-2022-nin seçmə mərhələsində səfərdə Azərbaycan yığmasını məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə komandasının hər iki qolunu vuran 26 yaşlı hücumçu qələbəni şərh edib:

“Oyundan-oyuna daha yaxşı olacağıq. Əsas olan qələbə və onun qazandırdığı xallardır. Həm fiziki, həm də zehni olaraq çətin oyun oldu. İki yorucu oyun keçirdik. Düzdür, futbolçularımızın sayı çoxdur, lakin qısa müddətdə 3 matç oynamaq asan deyil. Daha güclü komanda ilə oynadıqdan sonra Azərbaycanla matç zehni olaraq çətin olur. Oyuna rahat başladıq, ilk qolu vurduq. İkinci qolu daha tez vursaydıq, bəlkə hər şey fərqli olardı. Lakin əsas olan nəticədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43