Dünya futbolu

Mıxitaryanın Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşib

“Arsenal”ın oyunçusu Henrix Mıxitaryanın “Qarabağ”la oyun üçün Bakıya gəlib-gəlməyəcəyinə aydınlıq gəlib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, erməni futbolçu Bakıya gəlməyəcək.  Mıxitaryan 2015-ci ildə “Qəbələ” – “Borussiya” matçında da Bakıya gətirilməmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü, saat 20:55-də baş tutacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43