İdman

“Mlada”nın baş məşqçisi: “Kamran Ağayev “qırmızı” aldığı matçda…”

Kamran Ağayevin ayrıldığı Çexiyanın “Mlada” kollektivinin baş məşçqisi Duşan Uxrin maraqlı açıqlamaları dilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, baş məş məşqçi Kamranın klubdan ayrılmasına bu cür aydınlıq gətirib: “Kamran Ağayev gələndə hazır deyildi. Hazır olanda isə zədələndi. Onun işi qırmızı vərəqə aldığı oyunda bağlandı. Amma deyə bilmərəm ki, Kamran pis qapıçıdır. Sadəcə, komandaya, burdakı mühitə uyğunlaşa bilmədi”.

Qeyd edək ki, cari mövsümün əvvəlində “Mlada”ya keçən Ağayev dekabrda Çexiya klubundan göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43