05 Dekabr 2020
Kateqoriyasız Ölkə futbolu

Mladen Milinkoviç: “İlk oyuna baxmış daha yaxşı idik”

“Oyunçularımı təbrik edirəm, onlar geridönüş edə bildilər”

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının ikinci turunda “Keşlə” “Zirə”nin qonağı olub. Qonaq komandanın baş məşqçisi Mladen Milinkoviç oyundan sonra mətbuata açıqlama verib.

“İlk öncə onu deyim ki, yaxşı bir oyun oldu. Öz komandamı təbrik etdim. Onlar üçün asand olmadı, geri dönüş edə bildilər. Birinci qoldan sonra topa daha çox nəzarət etməyə çalışdıq. Ancaq buna baxmayaraq ikinci qolu qapımızda gördük. Bu işimiz daha da çətinləşdirdi. Fasilədə oyunuçulara dedim ki, əgər ikinci hissəyə qolla başlasaq oyundan xal və xallarla ayrıla bilərik. Rəqib də yaxşı komadadır. Onlar 3-cü qolu da vura bilərdilər. Əgər bunu edə bilsəydilər oyunun taleyi həll olunardı. Oyunumuz ilk oyuna nəzərən daha yaxşı alındı. Biz oyunlar keçdikcə daha yaxşı çıxış edəcəyik. Komandamıza yeni oyunçular qoşulduqdan sonra daha da güclü olacayıq.

Birinci oyunla müqayisədə 5 dəyişiklik etmişdiniz heyətdə. Bu, böyük risk deyilmi?

– Mən bəzi dəyişiklikləri etməyə məcbur oldum. Rəqibin sürətli əks hücumları var. Ona tədbir görmək üçün bu addımı atdım. Bu cür dəyişiklikləri xoşlayan biri deyiləm. Ancaq siz də bilirsiniz ki, burada yeniyəm. Oyunçularımı tanımağa çalışıram.

-Bugünki oyunda Vaqifi oyuna daxil etməyiniz yanlış qərar idi?

Vaqif Cavadov çox yaxşı oyunçudu. Bəzi şanslar yarandı ancaq istifadə edə bilmədi. Ancaq biz komanda şəklində mübarizə aparmalıyıq. Yalnız Vaqif üzərindən oyunu dəyərləndirmək  olmaz.

Bu gün oyunun ən yaxşısılarından biri rəqib oyunçu Pərdis Azad idi. O, ötən mövsüm “Keşlə”dən ayrılaraq “Zirə” komandasına keçib. Əgər keçən il siz “Keşlə”də olsaydınız onun ayrılmasına izin verərdiniz?

-Bu transfer mən gələnə qədər olmuşdu. Təbii ki, bizə də o cür oyunçu lazımdır. O, “Zirə”də, “Keşlə”də yox, daha güclü komandalara layiq oyunçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Tərlan Əhmədov: “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

admin

“Xəzər Lənkəran”ın qovduğu futbolçu rəsmən “Napoli”də – FOTO

admin

Qazaxlar təmsilçimizi darmadağın etdi

admin