Ölkə futbolu

Mladen Mlinkoviç: “Bəxtimiz gətirmədi”

Topaz Premyer Liqasının IV turuna yekun vuruldu.

TPL-nın IV turunda “Neftçi” komandası doğma meydanda “Keşlə”ni qəbul edib. Qonaq komandanın baş məşqçisi Mladen Mlinkoviç oyundan sonra keçirilən mətbuat konfransında oyun barəsində fikirlərini bölüşüb:

“Məncə, heç də pis oynamıdıq. Ancaq təəssüf ki, son dəqiqələrdə oyunu əldən verdik. İlk hissədə bərabər səviyyədə oyun getdi. Ancaq ikinci hissədə daha yaxşı oyun ortaya qoyduq. Bəxtimiz gətirmədi deyə bilərəm. Məncə, bu gün biz çox yaxşı oynadıq. Rəqib komandanın çox güclü hücum xətti var. Bunlara qarşı yaxşı tədbir almışdıq. Bizim hücumçularımız bir neçə dəfə qol şanslarını əldən verdi. Bugünkü komandam çox fərqli oynadı. Digər turlara nisbətən daha yaxşı çıxış etdik”.

-Oyun boyu bütün epizodların sağa-sola xərcləyən Klenonu niyə görə 88-ci dəqiqədə əvəz etdiniz? 

-O, qol vura bilməsə də, çox yaxşı oynadı. Bizə qalib gəlməyimizə çox köməklik edə bilərdi.

-Kamranın son dəqiqədə önə çıxmasına qarşı çıxdınız. Ancaq o, buna məhəl qoymadı. Bu barədə nə deyə bilrəsiniz?

-Açığı oyunun bitməsinə bir dəqiqə qalmışdı. Ancaq həmin anda bir fərqlə və iki fərqlə uduzmağın heç biri önəmi yoxdu.  Ona görə çox da böyüdüləsi bir şey yoxdu. Hakim barəsində heçnə demək istəmirəm. Ancaq ikinci qolda oyundan kənar vəziyyət var idi. Burada səhvə yol verdi. Yenə deyirəm, bu qərarı oyunun nəticəsinə təsir etmədi.

-Bahadur Nəsimovun əvəzinə Amil Yunanovu meydana buraxsaydınız daha yaxşı olmazdımı? Çünki Nəsimov heç bir şeylə yadda qalmadı.

Amil olduqca cəld oyunçudu. Lkain hesaba və oyun tərzimizə görə Bahaduru oyuna buraxdıq.

-Samir Nəsibov çox əlverişli epizodları əldən verdi. Ona hansısa bir irad bildirinizmi?

-Razıyam, haqqlısınız. Ancaq hər şeyə meydanda futbolçu qərar verir. O, doğru qərarı versəydi biz hazırda qalib gəlmiş olardıq.

-4 turdan sonra sonuncu yerdəsiniz. Bu problemləri necə aradan qaldıracaqsınız?

Təbii ki, müəyyən qərarlar almalıyıq. Məğlubiyyətlər bizə çox pis təsir göstərir. Nəsə etmək, bu gedişatı dəyişmək mənim işimdir. Ancaq futbolda bəzən heç də istədiklərin həyata keçmir.

 

 

Oxşar xəbərlər

“Avropa çempionatına vəsiqə qazanmaq istəyirik” – Rövnəq Abdullayev

admin

“Araz Naxçıvan”dan iki rəsmi transfer

admin

“Qarabağ” – “Xəzər Lənkəran” – CANLI İZLƏ

admin