Dünya futbolu

“Mladost” Bakıya tam heyətlə gəldi

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçında Bakı “İnter”inin qonağı olacaq “Mladost” Azərbaycana çatıb.

İdmanxeber.com-un məlumatına görə, Serbiya təmsilçisi  dünən gecə İstanbul reysi ilə Bakıya gəlib.

Komandanın baş məşqçisi Nenad Milovanoviç iştirak ərizəsinə salınan 23 oyunçunun hamısını cavab qarşılaşmasına gətirib:

Qapıçılar: 1. Nemanya Krznariç, 22. Zlatko Zeçeviç, 23. Draqan Rosiç

Müdafiəçilər: 4. İvan Miloşeviç, 5. Sinişa Saniçanin, 28. Nikola Andriç, 31. Yanko Tumbaşeviç, 44.Boqdan Miloşeviç, 93. Miloş Şatara

Yarımmüdafiəçilər: 8. Stefan Goluboviç, 10. Xusniddin Qafurov , 11. Uroş Sinciç, 15. Aleksandar Peyoviç, 17. İvan Pesiç, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 77. Predraq Pavloviç, 99. Velko Kiyevçanin

Hücumçular: 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 18. Obiora Odita, 32. İvan Markoviç

Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-sı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43