Ölkə futbolu

“Mladost”a “divan tutan” “İnter” Bakıda məşqə çıxdı – FOTO

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında Serbiya “Mladost”u ilə mübarizə aparacaq “İnter” məşqlərini bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi Luçani klubu ilə cavab matçına Bakıda hazırlaşır.

Zaur Svanadzenin çalışdırdığı komanda “Mladost”a səfərdə 3:0 hesabıyla qalib gəlib.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü iyulun 6-da “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43