20 Sentyabr 2024
Dünya futbolu

MLS-də ən çox forması satılan futbolçu

MLS-də 2024-cü ilin yarısında ən çox forması satılan futbolçunun adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bu “İnter Mayami”nin ulduz oyunçusu Lionel Messidi. Azarkeşlər argentinalı futbolçunun formasına daha çox maraq göstərib.

Messi 2023-cü ilin iyulundan Amerika klubunda çıxış edir. Forvard bu mövsüm MLS-də 12 qol vurub və 9 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43