Dünya futbolu

Modriç futboldan getməyi düşünmür

“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını bitirməyi düşünmür.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu davamlı yaşı ilə bağlı müzakirələrdən narahatdır. Təcrübəli futbolçu yaşından daha çox performansına baxılmasını istəyir.

Modriç bu il 38 yaşının tamam olacağının fərqindədir. Ancaq o, oynamağa hazır vəziyyətə olduğunu düşünür. Xorvatiyalı rəhbərliyin yeni müqavilə təklifinə müsbət cavab verməyi düşünür. Onun karyerasını bitirmək niyyəti yoxdur.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə “Real” heyətində 32 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43