Kateqoriyasız

Modriç ilin futbolçusu seçildi

Modriç ən yaxşı oldu.

Dünən keçirilən Çempionlar Liqasının püşkatma mərasiməndən sonra 2017-2018 mösümünün  ən yaxşı oyunçusu açıqlanıb. Kristiano Ronaldo, Muhammed Salah və Luka Modriçin namizəd olduğu mükafat öz sahibini tapıb. 

UEFA-ya üzv olan 55 jurnalistlə ötən mövsüm ÇL və AL-da iştirak etmiş 80 baş məşqçinin səsi ilə xorvatiyalı ulduz oyunçu Luka Modriç ilin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, eyni zamanda ilin ən yaxşı qapıçısı Xeylor Navas, ən yaxşı müdafiəçi Serciyo Ramos, ən yaxşı mərkəz oyunçusu Luka Modriç, ən yaxşı forvard isə Kristiano Ronaldo seçilib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43