Dünya futbolu

Modriç “Mançester Siti”yə qarşı meydanda olacaq

“Real”ın futbolçusu Luka Modriç zədəsini tam sağaltmayıb.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun yarımmüdafiəçisi aprelin 25-də “Jirona” ilə matçda zədələnib.

Xorvatiyalının azı 4 həftə qədər yaşıl meydanlardan kənar qalacağı güman edilirdi. Lakin Modriç mayın 6-da “Osasuna” ilə İspaniya Kubokunun finalında Toni Kroosu əvəzləyərək meydana daxil oldu.

Onun axşam “Mançester Siti”yə qarşı da oynaması gözlənilir. Matçdan öncə keçirilən mətbuta konfransında baş məşqçi Karlo Ançelotti təcrübəli futbolçunun meydanda olacağını bildirib.

İtaliyalı mütəxəssis 37 yaşlı futbolçunun tam sağalmadığını lakin israrla axşamkı matçda forma geyinmək istədiyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43