Dünya futbolu

Modriçin agenti: “Modric “İnter”ə keçəcək”

Modriç “İnter”ə keçmək istəyir.

Luka Modriçin adı uzun müddətdir  “İnter” klubu ilə hallanır. Xorvatiyalı oyunçu İtaliya təmsilçisinə keçmək üçün icazə istəsə də, “Real”ın prezidenti Florentino Perez buna icazə verməmişdi. Ancaq bu transferin reallaşması hələ də, gündəmdədir. Bu barədə oyunçunun meneceri İtaliya mətbuatına  açıqlama verib. O, Modriçin axır-əvvəl “İnter”ə keçəcəyini bildirib. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43