İdman

MOİK-də yeni baş məşqçi

Futbol üzrə Azərbaycan I divizionunda çıxış edən MOİK komandasında baş məşqçi dəyişikliyinin səbəbi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Ramil Əliyev vəzifəsindən səhhəti ilə əlaqədar istefa verib. Onun yerinə bu posta Azər Bağırov gətirilib.

Mərkəzi Ordu İdman Klubunun rəhbərliyi və kollektivi Ramil Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edib, tezliklə şəfa tapmaq, sağlamlığına qovuşmasını arzulayıb. Komanda həmçinin Azər Bağırova yeni işində uğurlar diləyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43