05 Oktyabr 2024
Ölkə futbolu

MOİK-in baş məşqçisi: “Kubok bizim üçün ikinci plandadır”

Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Lokomotiv”i məğlub edən MOİK növbəti mərhələyə yüksəldi.

İdmanxeber.com-un məlumatına görə, MOİK-in baş məşqçisi Namiq Adilov matçdan sonra bu sözləri deyib:

“Qələbə qazandığımız üçün sevinirik. Bu oyunda qələbə bizim üçün vacib idi. Çempionatda ardıcıl oyunlarda xallar itirdik. Amma kubokda yaxşı çıxış edib, mərhələ adladıq. Bu qələbə bizdə motivasiyanı artıracaq. Oyuna gəldikdə, çətin qarşılaşma oldu. Bu oyunun taleyini 1 qol həll edəcəkdi. Həmin qolu da biz vurduq. Kubokda “Qarabağ”la qarşılaşacağıq. Biz bu oyunda mübarizə aparmağa çalışacağıq. Lakin bizim üçün əsas olan çempionatda  mümkün qədər irəli getməkdir. Kubok ikinci plandadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43