l Divizion

MOİK və “Bakılı” cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərar verilib:

Birinci divizionun 23-cü turunun MOİK – “Mil-Muğan” matçının 83-cü dəqiqəsində MOİK-in futbolçusu Hüseyn İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Birinci divizionun 23-cü turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43