29 Sentyabr 2020
Kateqoriyasız

“Molde”nin düşərgəsindən “Qarabağ” üçün şad xəbər

Bu gün “Qarabağ”la qarşılaşacaq “Molde” axşamkı oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komandanın müdafiəçisi Martin  Bornbek və yarımmüdafiəçi Fredrik Şelstad oyunu buraxacaq. Zədələri tam sağalmayan futbolçuların bugünkü matça hazır olmadıqları bildirilib.

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qəbələ” daha bir legioner futbolçu transfer edir – Eksklüziv

admin

AFFA Sənan Qurbanovla bağlı qərarı açıqladı

admin