Bu gün “Qarabağ”la qarşılaşacaq “Molde” axşamkı oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, komandanın müdafiəçisi Martin Bornbek və yarımmüdafiəçi Fredrik Şelstad oyunu buraxacaq. Zədələri tam sağalmayan futbolçuların bugünkü matça hazır olmadıqları bildirilib.
Qeyd edək ki, Kiprin Larnada şəhərindəki “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.