Ölkə futbolu

Moldova millisinin futbolçusu Azərbaycan klubunda

Cahangir Həsənzadə və Elçin Sadıqov ilə yollarını ayıran AZAL Moldova millisinin qapıçısı Stanislav Namaşoku heyətinə cəlb etmək fikirindədir.

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” qapıçı problemini moldovalı əlcək sahibi ilə həll etmək istəyir. Artıq tərəflər arasında razılıq əldə olunub.

Namaşokla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43