22 Yanvar 2020
Ölkə futbolu Premyer Liqa

Moldovalı futbolçu daha 1 il “Səbail”də

“Səbail” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yevgeni Koçuk komandada qalıb. Moldova millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yanvarından paytaxt klubunda çıxış edir.

Qeyd edək ki, “Səbail” Koçukdan əvvəl Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbka ilə yeni sözləşmə bağlamışdı.

Oxşar xəbərlər

“Qarabağ”a gəlmək haqda düşünən futbolçu kimdi?

admin

SSS- Saxta Somali Sənədi- Yazı

admin

Qoran Paratski: “Komanda özünü buraxmamalıdır”

admin