Ölkə futbolu

“Monako” – “Lans” oyunu Bakıda keçirilə bilər

Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində baş tutacaq “Monako” – “Lans” oyunu Bakıda keçirilə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu məsələni “Lans”ın sahibi, “Bakı”nın prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə sonuncu ölkəmizə səfəri zamanı müzakirə edib.

“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “Futbol +” qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü və bu oyunun ölkəmizdə keçirilə biləcəyi ehtimalının olduğunu bildirib: “Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. “Monako” – “Lans” matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır”.

Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Fransa kubokunun 1/4 final mərhələsi bir qarşılaşmadan ibarətdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43