Dünya futbolu

“Monako”dan ilk transfer

“Monako”  yeni mövsüm üçün ilk transferini edib.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Fransa klubu “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə cəlb edib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  20 yaşlı Tilesman ötən mövsüm 37 oyuna 13 qol vurub, 12 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43