Kateqoriyasız

Monteneqro – Azərbaycan oyunu ispanlara tapşırıldı

UEFA Millətlər Liqasında 3-cü turunda keçiriləcək  Monteneqro – Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Rikardo de Burgos Benqoeçea olacaq. Ona yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömə edəcək.

Dördüncü hakim funksiyasını isə Xavyer Estrada Fernandes yerinə yetirəcək. Hakim-inspektor Fransadan Paskal Qaribiyan, UEFA nümayəndəsi isə Serbiyadan İqor Radoyiçiç olacaq.

Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı “Qradski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43