“Yuventus”un 2014-cü ildə 20 milyon avroya transfer etdiyi Alvaro Morata keçmiş klubuna geri dönür.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispan hücumçu “Real”a transfer olub.
Onun keçidi müqabilində Madrid klubu italyanlara 30 milyon avro ödəniş edib.
Qeyd edək ki, Morata “Avro-2016″da İspaniya millisinin heyətində 4 oyuna 3 qol vurub.